Trampın Paşinyan üçün siyasi tələsi – Ermənistanın daha bir aylıq karantin üçün vəsaiti yoxdurbackend

Trampın Paşinyan üçün siyasi tələsi - Ermənistanın daha bir aylıq karantin üçün vəsaiti yoxdur

Demokratlar partiyasının ümidli namizədi Co Bayden ABŞ-ın hazırkı lideri Donald Trampı noyabrda keçiriləcək prezident seçkilərini təxirə salmaq istədiyi üçün ittiham edib:

“Düşünürəm ki, o, hansısa üsulla seçkini təxirə salacaq və ortaya bir səbəb qoyacaq. Elə bilir ki, bu, onun qalib gəlməsi üçün yeganə yoludur”.

KONKRET.az xəbər verir ki, koronavirusla bağlı qeyri-müəyyənlik siyasətçilər üçün görünməmiş imkanlar açır. Bir tərəfdən, fövqəladə vəziyyət və fərdi qərar vermək bacarığı siyasətçilər tərəfindən müxtəlif planların irəliləməsi üçün Allahın bir hədiyyəsi kimi qəbul edilə bilər. Kim bir neçə ay əvvəl vətəndaşlar üzərində ümumi bir mobil nəzarətin olacağını düşünərdi və yaxud  iqtisadi uğursuzluqları koronavirusun “boynuna” qoyardı…

Digər tərəfdən, bu vəziyyət müxalifət üçün cənnətdir, hansı ki, hər iki qapıya qarşı oynamağa başlayır. Əgər hakimiyyət insanların sağlamlığına üstünlük verirsə və iqtisadiyyatı bağlayırsa, müxalifət biznesi öldürdüyünə görə onları təhqir etməyə başlayır. Hakimiyyət iqtisadiyyatı açmağa başlayan kimi, müxalifət dərhal bəyan edəcək ki, hakimiyyət insanların sağlamlığı barədə düşünmür.

Daha çox və ya az demokratik ölkələrin hakimiyyəti belə bir vəziyyətdədir. Baydenin açıqlaması Trampın da bu siyasi tələyə düşdüyünün sübutudur. Əgər o, karantini zəiflədirsə və seçkiləri təxirə salmırsa, bu, siyasi addım adlandırılacaq. Ancaq ABŞ-dakı ölümlər getdikcə azalmır və Tramp sosial üsyanın qalxmaması üçün fövqəladə vəziyyət rejimini yüngülləşdirməkdən qorxur.

Nikol Paşinyan Ermənistanda eyni tələyə düşüb və bu, ən optimal qərarlar qəbul etməyə mane olur. Bir tərəfdən, epidemiyanın hara gedəcəyini bilməyəndə insanların sağlamlığı üçün məsuliyyət, digər tərəfdən, Ermənistanın daha bir aylıq karantin üçün çox güman ki, vəsaiti yoxdur. Üstəlik, müxalifət həm bu, həm də digər qərarı tənqid etməyə hazırdır.

Düzgün qərar vermək üçün hökumətin əlində ağlabatan məlumatlar olmalıdır. Aydındır ki, bu tamamilə yeni situasiyadır və o  situasiyaya uyğun olaraq qərarlar qəbul edilir. Hökumət bir neçə addım irəlini görmək üçün işini planlaşdırmalıdır. Hökumətin bir ssenarisi varmı?

Ancaq indi koronavirusun həyatımıza gətirdiyi həqiqətləri görə bilirik. Birincisi, hökumət tez reaksiya verməli və hədəfli düzəlişlər etməlidir. İkincisi, hər kəs özünü böyük şəbəkənin içində bir hücrə kimi hiss edir. Hər zaman əlçatan olursan və səni hər yerdə tapırlar, bundan isə insan vahiməyə düşür. Üçüncüsü, prioritet elan edilən bir çox sahələr əvvəl-axır sıradan çıxacaq, o zaman inqilabi irəliləyişə ehtiyac yaranacaq.

Ermənistan hökuməti optimal addımlar atarsa, ​​bu tələdən çıxa bilər…

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*