Trampın qardaşı qızı da onun haqda xatirə yazdı – ancaq yayımına qadağa qoyuldubackend

Trampın qardaşı qızı da onun haqda xatirə yazdı – ancaq yayımına qadağa qoyuldu

ABŞ məhkəməsi Donald Trampın qardaşı qızı Meri Tramp tərəfindən ölkə başçısı ilə bağlı yazılan xatirələrin yayımlanmasını müvəqqəti olaraq qadağan edib.

KONKRET.az xəbər verir ki,  “Hər şey çox olsa da yenə də az görünür: Mənim ailəm dünyanın ən təhlükəli insanını necə yetişdirib?” (Too Much And Never Enough: How My Family Created the World’s Most Dangerous Man) adlı kitabın nəşri əvvəlcə 28 iyul tarixinə təyin edilib.

Nyu-York ştatında bir hakim kitabda gizli informasiyanın yayıldığını iddia edən prezidentin kiçik qardaşı Robert Trampın vəsatətini təmin edib.

Meri Trampın vəkilləri qərardan dərhal şikayət edəcəklərini bildiriblər.

Meri Tramp prezidentin böyük qardaşı, 1981-ci ildə 42 yaşında vəfat edən Fred Trampın qızıdır.

Müəllif “ailədaxili bir çox bayram şənliklərinin və hadisələrin birbaşa şahidi kimi” gördüklərini yazıb.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*