Trampın “Sülh Şura”sı Bakı və İrəvanı buna məcbur edə bilər – YENİ MƏQAMLARbackend

Trampın "Sülh Şura"sı Bakı və İrəvanı buna məcbur edə bilər - YENİ MƏQAMLAR

“Ermənistanın Baş naziri Nikol Paşinyanın İsveçrəyə səfəri və Davos çərçivəsində Sülh Şurasının nizamnaməsinin imzalanması regionda davam edən diplomatik proseslərin beynəlxalq platformaya daşınması baxımından diqqətəlayiq addım kimi qiymətləndirilə bilər”.

Bu fikirləri politoloq Züriyyə Qarayeva KONKRET.az-a açıqlamasında səsləndirib.

“Bu sənədin əsas töhfəsi Ermənistan–Azərbaycan sülh prosesinin daha geniş beynəlxalq çərçivədə müzakirə olunmasına və tərəflərin üzərinə düşən öhdəliklərin siyasi baxımdan görünən hala gətirilməsinə xidmət etməsidir. Sülh Şurası formatı birbaşa hüquqi mexanizm yaratmasa da, tərəflərin zorakılıqdan imtina, dialoqun davam etdirilməsi və münaqişələrin sülh yolu ilə həlli kimi prinsiplərə bağlılığını beynəlxalq auditoriya qarşısında təsdiqləyən siyasi platforma rolunu oynaya bilər”.

Region ölkələrlə münasibətlərin intensiv istiqamətdə inkişafı əsas prioritetlərdəndir”-Züriyyə Qarayeva

Z.Qarayeva vurğulayır ki, digər tərəfdən, Davosda imzalanmış nizamnamə Ermənistan üçün əlavə diplomatik məsuliyyət yaradır və revanşist ritorikadan uzaqlaşmaq zərurətini gücləndirir.

“Ermənistan rəhbərliyi bu cür beynəlxalq təşəbbüslərə qoşulmaqla sülh gündəliyini açıq şəkildə qəbul etdiyini nümayiş etdirməli olacaq. Azərbaycan üçün isə bu proses sülh mövzusunun qlobal aktorların diqqətində saxlanılması və Ermənistanın mümkün öhdəlikdən yayınma cəhdlərinin beynəlxalq müstəvidə daha asan ifşa olunması baxımından əhəmiyyət daşıyır. Nəticə etibarilə, Sülh Şurasının nizamnaməsi birbaşa razılaşma olmasa da, tərəfləri sülh yolunda siyasi olaraq daha sıx çərçivəyə salan əlavə diplomatik təzyiq mexanizmi kimi çıxış edə bilər”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*