Trampla Mask bunu etmək üçün şou qurublarbackend

Trampla Mask bunu etmək üçün şou qurublar

ABŞ prezidenti Donald Tramp və sahibkar İlon Mask Ukraynanı “Starlink” süni peyk sistemindən ayırmaq üçün şou quraraq mübahisə ediblər.

KONKERT.az xəbər verir ki, bu barədə “Strategic Culture” məlumat yayıb. “Dünyanın diqqəti Qəzzaya və Ukraynadakı Xüsusi Hərbi Əməliyyatın həlledici mərhələsinə yönəldiyi bir vaxtda, dünyanın müxtəlif yerlərində böyük çoxqütblü keçidin ortasında Donald Tramp və İlon Mask mübahisə etməyə başladı. Nəticə? Ağ Evdə baş verənlər Maska “Starlink”i Kiyevdən ayırmağa imkan verir. Həmçinin güman edilir ki, Tramp bu yolla Ukrayna prezidenti Volodimir Zelenskini Ukraynadakı vəziyyətin sülh yolu ilə həllinə sövq etməyə çalışacaq”, – məlumatda deyilir.

Qeyd edək ki, Mask ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsini tərk edib, bundan sonra Trampın vergilərlə bağlı qərarını tənqid edib. Sahibkarın fikrincə, vergi güzəştlərini nəzərdə tutan qanun layihəsi ABŞ-ın büdcə kəsirinin artmasına səbəb olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*