Tarixdə ilk dəfə “Miss Niderland” müsabiqəsində transgender qalib olub.
KONKRET.az xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, qalib 22 yaşlı Riki Kolle olub.
Belə ki, o, ölkəni beynəlxalq “Kainat gözəli” müsabiqəsində təmsil edəcək.
Bundan əvvəl, 2018-ci ildə Kolle “The Next Top Model” şousunun iştirakçısı olub və finala çıxıb.
Xatırladaq ki, 2022-ci ilin noyabrında 19 yaşlı Brayan Nquyen Nyu-Hempşir ştatının Derri şəhərində keçirilən yerli “Miss Amerika” müsabiqəsinin qalibi olub.
İqbal Rzayev,
KONKRET.az