TRT-nin qovduğu aktrisanın yeni işi bəlli oldubackend

TRT-nin qovduğu aktrisanın yeni işi bəlli oldu

TRT kanalında yayımlanan “Teşkilat” serialından boykot çağırışına görə uzaqlaşdırılan türkiyəli aktrisa Aybüke Pusatın yeni layihəsi bəlli olub.

KONKRET.az globalinfo-ya istinadən xəbər ki, aktrisa “Halef” adlı serialın baş rol ifaçılarından olacaq.

O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. “Biz başladıq”, – deyə A.Pusat yazıb.

Qeyd edək ki, bir neçə ay əvvəl Aybüke Pusat İnstaqram hekayəsində “2 Aprel 2025 İstehlak Boykotu” çağırışı ilə bağlı paylaşım edib. Daha sonra “X” platformasında bəzi hesablar tərəfindən ona qarşı kampaniya başladılıb və bu reaksiyalardan sonra aktrisa paylaşımını silib. Buna baxmayaraq, “TRT” rəsmi açıqlama verərək aktrisanın serialdan uzaqlaşdırıldığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*