Tunel qazaraq bankı SOYDULARbackend

Tunel qazaraq bankı SOYDULAR

Hindistanda quldurlar tunel qazaraq bankı soyublar.

KONKRET.az xəbər verir ki, bu barədə “The Independent” qəzeti məlumat yayıb.

Bildirilib ki, hadisə Hindistan Dövlət Bankının Bhautidəki filialında baş verib. Oğrular anbara üç metrlik tunel qazaraq oradan ümumi dəyəri 120 min dollar olan qızıl və nağd pul aparıblar.

Məlumata görə, soyğunçular bankın girişində həyəcan siqnalını söndürərək, müşahidə kamerasını başqa istiqamətə çeviriblər.

Müstəntiqlərin fikrincə, cinayətkarlardan biri bank filialının dizaynı və arxitekturasına bələd olub. Bu, onun həm də bank işçisi ola biləcəyini göstərir.

Hazırda polis hiyləgər oğruları axtarır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*