Tural Abbaslı “Lider TV”-də baş verən insidentin əsl səbəbini açıqladı: “O sizin rəisinizdir, bizim yox”backend

Tural Abbaslı “Lider TV”-də baş verən insidentin əsl səbəbini açıqladı: “O sizin rəisinizdir, bizim yox”

Hadisə təxminən bir həftə öncə baş verib. Əslində böyük bir insident deyildi. “Lider Tv”-nin rəhbərinin köməkçisi var. O bizim üzərimizə gəldi ki, niyə telekanalın rəhbəri haqqında hansısa fikirlər səsləndirmisiz”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında “Ağ Partiya” sədri Tural Abbaslı səsləndirib: “Biz onu başa saldıq ki, kanal rəhbəri haqqında fikir bildirməmişik. İkincisi də “o sizin rəisinizdir, bizim yox” –dedik. Binanın isə onlara aid olmadığını və ev sahibliyi edə bilməyəcəklərini vurğuladıq. Özünüzün icarəyə götürdüyünüz mərtəbələrə cavabdehlik edin, digərlərinin sizə aidiyyatı yoxdur”.

Tural Abbaslı: ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi Azərbaycan  cəmiyyətinə yaxşı bəllidir

Tural Abbaslı əlavə edib ki, insident avtomobilin həmin binanın həyətində saxlanılmasına görə baş verib: “Oranın əməkdaşları bildirdilər ki, burada maşın saxlamağa rəisləri icazə vermir. Biz də bildirdik ki, binanın həyəti təkcə telekanala aid deyil. Bundan sonra üzərimizə gəldilər ki, niyə bizim rəhbərlik haqda tənqidi fikirlər səsləndirirsiniz. Onlara məsələnin mahiyyətini başa saldığımız müddətdə bir balaca insident yaşandı, səslər yüksəldi, gərginlik yarandı. Amma ümid edirəm ki, onlar öz səhvlərini başa düşdülər. Lazımı dairələrə də insident barədə məlumat vermişəm. Belə məsələlərin Partiyaların normal fəaliyyətinə maneə törətdiyini qeyd etdim. Ondan sonra heç bir insident qeydə alınmayıb. Fəaliyyətimizi normal şəkildə davam etdiririk”.

KONKRET.az

Müşviq Tofiqoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*