Tural Sadıqlı mənəviyyatsızlığı – Növbəti uğursuz əxlaqsız kampaniya necə iflasa uğradıbackend

Tural Sadıqlı mənəviyyatsızlığı – Növbəti uğursuz əxlaqsız kampaniya necə iflasa uğradı

İstənilən mübarizədə “qurşaqdan aşağı” metod ikrah doğurur. Ona görə ki, bu, cəmiyyətə yaxşı heç nə vəd etmir. Əksinə, bu metoddan istifadə edənlər özlərinin cılızlığını və bəsitliyini ortaya qoymuş olurlar. Axı ideal cəmiyyət olmadığı kimi, ideal insan da yoxdur. İstənilən cəmiyyətdə və ixtiyari insanda tənqid üçün kifayət qədər məqam var.

Sağlam tənqid üçünsə ilk növbədə tutarlı fakt və güclü məntiq lazımdır. Bu iki faktor olmayanda “tənqidçilər” keçirlər iyrənc mübarizə üsuluna.

Təsadüfi deyil ki, müstəqil Azərbaycanın xarici düşmənləri tərəfindən maliyyələşdirilən “söyüş müxalifəti” bir qayda olaraq “qurşaqdan aşağı” mübarizə üsulundan istifadə edirlər. Bu metod isə daha çox Tural Sadıqlının işinə yarayır.

Sonuncu dəfə o belə bir üsuldan Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının sözçüsü, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdiliyə qarşı istifadə edib. Belə ki, Toğrul Allahverdilinin intim videosunu əldə edən Tural Sadıqlı bundan hakimiyyətdə təmsil olunan şəxslərə qarşı çirkin kampaniya kimi istifadə etməyə çalışır.

Guya intim videosu yayılan Toğrul Allahverdili Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin ən yaxın “adamı”dır.

Lakin Azərbaycanın siyasi reallığına az-çox bələd olan hər kəs bilir ki, Tənzilə Rüstəmxanlı 1993-cü ildən müxalifətdədir və sonuncu parlament seçkilərinə də müxalifət düşərgəsindən qatılıb.

1 sentyabr 2024-cü il tarixində keçirilən parlament seçkiləri ərəfəsində Tənzilə Rüstəmxanlının təbliğat-təşviqat kampaniyasını aparan əsas sima Toğrul Allahverdili olub. Sosial şəbəkələrdə və KİV-də bu fikri təsdiq edən kifayət qədər yazı, foto və video material var.

Bütün bunlardan sonra Toğrul Allahverdilinin adını Azərbaycanın ictimai və siyasi həyatında mühüm rol oynayan, cəmiyyətə kifayət qədər açıq olan Hikmət Hacıyev ilə birgə hallandırmaq yuxarıda dediyimiz kimi iyrənc mübarizə üsulunun təsdiqidir.

Tural Sadıqlı fikrini əsaslandırmaq üçün Hikmət Hacıyevlə Toğrul Allahverdilinin birgə fotosunu paylaşıb. Bununla da öz “arqumentini” ortaya qoyub.

Belə çıxır ki, Hikmət Hacıyevlə şəkil çəkdirən hər kəs onun adamıdır. Belə məntiqə isə ancaq tüpürmək olar.

Təsadüfən demədik ki, Hikmət Hacıyev cəmiyyətə kifayət qədər açıq şəxsdir. O, tək-tük məmurlardandır ki, ictimai nəqliyyatdan istifadə edir. Belə bir fenomenin çox insanla fotosu ola bilər. Küçədə ixtiyari şəxs Hikmət Hacıyevə yaxınlaşıb, birgə foto çəkdirmək istəyini dilə gətirə bilər. Təbii ki, belə xahişləri Hikmət müəllim heç zaman geri çevirmir. Bunun dəfələrlə şahidi olmuşuq…

Bu mənada Toğrul Allahverdili ilə çəkilən bir fotoya görə Hikmət Hacıyevin adını belə iyrənc məsələyə qatmaq ən azından siyasi tərbiyəsizlik və əxlaqsızlıqdır. Çünki istənilən şəxsi fotoya görə yox, təkzibolunmaz faktlarla mühakimə və yaxud tənqid etmək olar.

Ona görə də Tural Sadıqlının iddialarının heç bir əsası yoxdur. Bu növbəti çirkin kampaniyadır.

Tural Sadıqlının hədəfi nədir?

Təbii ki, Toğrul Allahverdilinin intim videosu Tural Sadıqlının Azərbaycan hökumətinə və iqtidarına qarşı növbəti çirkin kampaniya üçün bir bəhanədir. Məlumdur ki, Tural Sadıqlı və “söyüş müxalifəti”nin digər üzvləri Qərbin bəzi siyasi dairələrindən güclü maliyyə dəstəyi alır. Nəzərə alaq ki, Qərb heç kimə pulu elə-belə vermir. Hər şeyin bir qarşılığı var. Tural Sadıqlı da bu missiyasını “şərəflə” yerinə yetirir.

Tural Sadıqlının əlində tutarlı faktlar olmadığı üçün o ayrı-ayrı adamların şəxsi həyatlarına müdaxilə edir, onlara mənsub olan foto və videolardan Azərbaycan hakimiyyətinə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Toğrul Allahverdili olayı da bu sıradan bir fürsətdir.

Amma Tural Sadıqlı bir məqamı nəzərdən qaçırır ki, onun ağaları belə Azərbaycanın qətiyyəti və iradəsi qarşısında duruş gətirə bilmir. Bu mənada seçdiyi növbəti taktika çox ucuz və mənəviyyatsız bir yoldur. Son hərəkəti ilə o bir daha göstərdi ki, belələri üçün heç bir insani dəyər, ləyaqət hissi və sivil mübarizə metodu yoxdur.

Halbuki özü də etiraf edir ki, Toğrul Allahverdilinin şəxsi həyatı onu maraqlandırmır. Onu maraqlandıran hər çirkin yoldan keçməklə Azərbaycan dövlətinə, xalqına şər-böhtan və çamur atmaqdır. Çünki onu buna vadar edirlər. O da aldığı külli miqdarda pullar hesabına ağalarına hər cür xidmət göstərməyə hazırdır. Lazım gəlsə, Toğrul Allahverdili kimi pozlar verməyə də razıdır.

Sonra da çıxıb deyəcək ki, “Bu, mənim şəxsi həyatımdır, kimə nə?”

Elə isə Toğrul Allahverdilinin intim videosunun Azərbaycan iqtidarına və onun ayrı-ayrı təmsillərinə nə dəxli var?!

KONKRET.az-ın ARAŞDIRMA QRUPU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*