“Turan Tovuz” “Araz-Naxçıvan”a uduzdubackend

“Turan Tovuz” “Araz-Naxçıvan”a uduzdu

Azərbaycan Premyer Liqasında 7-ci turun oyunları keçirilir.

KONKRET.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Liderlər qrupunda qərarlaşmış “Turan Tovuz” doğma meydanda “Araz-Naxçıvan”la qarşılaşıb. Tovuz təmsilçisi qələbə qazansa, zirvədəki mövqeyinə qayıdacaqdı. Amma üç qolun qeydə alındığı bu görüşdə qonaq komanda qalib gəlib.

Turun əvvəlki oyunlarına “Kəpəz” “Şamaxı”ya uduzub (0:2), “Qarabağ” isə “Neftçi”ni 4:0 hesabıyla yenib. “Səbail” – “Sabah” və “Sumqayıt” – “Zirə” oyunları sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası
7-ci tur
21 sentyabr

“Turan Tovuz” – “Araz-Naxçıvan” 1:2
Qollar: Ayxan Hüseynov, 48 – Ramon Maçado, 44. Felipe Santos, 55.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov.
Tovuz şəhər stadionu. 18:00.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*