Bu gün Azərbaycan Premyer Liqasında 2024/25 mövsümünə yekun vurulacaq.
KONKRET.az “Qafaqazinfo”ya istinadən xəbər verir ki, 36-cı turun son gününün ilk oyunu Tovuzda baş tutub.
“Turan Tovuz” evdə “Kəpəz”lə üz-üzə gəlib. Tovuz təmsilçisi bu oyunda 4 cavabsız qolla qalib gəlib.
Mövsümün sonuncu oyununda isə “Araz-Naxçıvan” və “Zirə” komandaları üz-üzə gələcəklər.
Daha öncə “Səbail” evdə “Sumqayıt”a (1:4), “Şamaxı” isə “Qarabağ”a (0:1) uduzub, “Sabah” “Neftçi”ni 1:0 hesabıyla məğlub edib.
Azərbaycan Premyer Liqası
36-cı tur
25 may
“Turan Tovuz” – “Kəpəz” 4:0
Qollar: Aleks Souza, 10; 23. Turan Manafov, 42-öz qapısına. Ayxan Hüseynov, 44.
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Kamran Əliyev.
Tovuz şəhər stadionu, 17:00.