Turistlər üçün xüsusi viza sistemi – Bu bölgəyə il boyu məhdudiyyətsiz səfərlər mümkün olacaqbackend

Turistlər üçün xüsusi viza sistemi - Bu bölgəyə il boyu məhdudiyyətsiz səfərlər mümkün olacaq

Özbəkistanda əcnəbi turistlər üçün xüsusi viza sistemi tətbiq olunacaq.

KONKRET.az xəbər verir ki, həmin sistem turistlərə Xarəzm bölgəsinə il boyu məhdudiyyətsiz səfər etməyə imkan verəcək.

Qeyd edək ki, Xarəzmdə üçillik turizmin inkişafı proqramı qəbul ediləcək. Rayonun inzibati mərkəzi olan Urgançda “Lazgi” və “Avesto” muzeyləri açılacaq. Sahibkarlara mehmanxana və istirahət obyektlərinin tikintisi üçün güzəştli kreditlər veriləcək.

Urgança və ölkənin digər şəhərlərinə aviabiletlərin qiymətinin aşağı salınması və uçuşların tezliyinin artırılması üçün subsidiyalara 30 milyard sum (təxminən 2,5 milyon dollar) ayrılacaq. Urgenç-Xivə arasında trolleybus xətti gücləndiriləcək, Urgançdan Xivəyə və Xankə kəndinə elektrobuslar xəttə buraxılacaq.

Xarəzmdə kiçik və orta sahibkarlığın dəstəklənməsi üçün güzəştli şərtlərlə 100 milyon dollar ayrılacaq. Bu, 5,5 min sahibkara köməklik göstərəcək, 50 min daimi iş yeri yaradacaq.

Sənaye layihələrinin dəstəklənməsi və sürətləndirilməsi üçün Sənaye İnkişafı Fondundan Xarəzmə daha 100 milyon dollar göndəriləcək. Biznesin İnkişafı Bankı kiçik və orta sənaye layihələri üçün 18%-lə 7 ilə qədər müddətə 1,5 milyard soma (121 min dollar) qədər kredit verəcək.

İlin sonuna kimi Xarəzm bölgəsinə 1,5 milyard dollarlıq xarici investisiyalar cəlb etmək planlaşdırılır. Bu, 600 milyon dollar səviyyəsində ixracı təmin edəcək.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*