“2028-ci il üçün hədəfimiz 82,3 milyon ziyarətçinin olmasıdır. Bununla da məqsədimiz 100 milyard dollarlıq turizm gəlirinə çatmaqdır”.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xəzinə və Maliyyə naziri Mehmet Şimşək açıqlama verib.
Mehmet Şimşək Orta Müddətli Proqrama görə etdiyi şərhdə vurğulayıb ki, turizmdə bu il güclü kursun davam etməsi ilə ziyarətçi sayının 59,4 milyona, turizm gəlirinin isə 59,6 milyard dollara yüksəlməsi proqnozlaşdırılır: “2028-ci il üçün hədəfimiz 82,3 milyon ziyarətçi ilə turizm gəliri 100 milyard dollara çatmaqdır”.
Vəli Həsənov,
KONKRET.az