
Sentyabrın 28-də Türküstan şəhərində Beynəlxalq Türk Akademiyası, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Qazaxıstan Respublikası Parlamentinin spikeri Nurlan Nıgmatullinin iştirakı ilə “Yunus Əmrədən Seçmə Şeirlər” (Türkcə-Qazaxca) kitabı təqdim edilib.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, tədbirə hər iki dövlərin parlament spikerləri ilə yanaşı Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralı, TÜRKPA Baş katibi Altınbek Mamayusupov, Türküstan bölgesi valisi Ömirzak Şökeyev, Türkiyənin Nur Sultan səfiri Ufuk Ekici, Qazaxıstan Respublikasının Ankaradakı səfiri Abzal Saparbekuli, Qazaxıstan və Türkiyə millət vəkilləri, qardaş ölkələrdən dövlət xadimləri və ziyalılar qatılıb.
Tədbirin moderatoru Türk Akademiyasının prezidenti Darxan Kıdıralı olub.
Türk Akademiyası tərəfindən Yunus Əmrə və “Türkcə ili” çərçivəsində hazırlanan orijinal nəşrdə, tanınmış qazax şairi Svetkali Nurcanın bədii tərcümələri Yunus Əmrənin şeirlərinin orijinalları ilə birlikdə təqdim olunub. Kitabda Yunus Əmrənin şeirlərinin daha əvvəl nəşr olunmamış yeni tərcümələri də var. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Qazaxıstan Parlamentinin sədri Nurlan Nıgmatullin dəyərli nəşrin təqdimat lentini kəsiblər.
Lentkəsmə mərasimindən sonra çıxış edən Prof.Dr. Mustafa Şentop Xoca Əhməd Yəsəvinin ofisinin yerləşdiyi Türküstana Yunus Əmrənin ruhunun gəlməsinin çox əhəmiyyətli bir hadisə olduğunu qeyd edib.
Qazaxıstan Parlamentinin sədri Nurlan Nıgmatullin bu əhəmiyyətli hadisənin iki ölkə arasındakı qardaşlıq əlaqələrinin güclənməsinin bariz göstəricisi olduğunu bildirib.
Görüşün sonunda Akademiya tərəfindən nəşr olunan dəyərli əsərlər hörmətli qonaqlara təqdim edilib.
Qeyd edək ki, bu il Yunus Əmrənin ölümünün 700-cü ildönümüdür. Bu münasibətlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021 -ci ili “Yunus Əmrə və Türk İli” elan edib.
UNESCO müdrik şair Yunus Əmrəni bütün dünyada anmaq qərarına gəlib.