Beynəlxalq Türk Akademiyasının yaranmasından 15 il ötdübackend

Beynəlxalq Türk Akademiyasının yaranmasından 15 il ötdü 

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

25 may 2025-ci il tarixində, Türk Akademiyasının yaranmasının 15-ci ildönümü qeyd olunur.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Akademiyanın yaradılması təşəbbüsü 3 oktyabr 2009-cu ildə Naxçıvanda keçirilən Türk Dövlətləri Zirvəsi zamanı Qazaxıstan tərəfindən irəli sürülmüş və digər üzv dövlətlər tərəfindən dəstəklənib. Bu ortaq baxış çərçivəsində, Türk Akademiyası 25 may 2010-cu ildə rəsmi olaraq Astanada fəaliyyətə başlayıb.

Akademiyanın yaradılmasına dair Saziş 2012-ci ildə Bişkekdə keçirilən Zirvədə Dövlət Başçıları tərəfindən imzalanıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərinin Sazişi və digər təsisçi sənədləri təsdiqləməsindən sonra Akademiya 2022-ci ildən etibarən tam hüquqlu beynəlxalq təşkilat kimi fəaliyyət göstərir.

Ötən 15 il ərzində Türk Akademiyası çoxsaylı elmi layihələr həyata keçirib, yüzlərlə akademik əsər nəşr edib və Türk Dünyasında elmi əməkdaşlıq üçün vacib bir platforma olub.

Türk Akademiyasının 15-ci ildönümü münasibətilə bütün üzv dövlətləri və müşahidəçi ölkələri ən səmimi arzularımızla təbrik edirik!

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*