Türk dünyasında MÜHÜM HADİSƏ – Tonyukuk abidəsi Ankarada ucaldıldıbackend

Türk dünyasında MÜHÜM HADİSƏ - Tonyukuk abidəsi Ankarada ucaldıldı

Tarixdə türklərə məxsus yazılı qaynaqlarda ilk dəfə “Türk” sözünün rast gəlindiyi Tonyukuk daş kitabəsinin birə-bir nüsxəsi Beynəlxalq Türk Akademiyası (BTA) tərəfindən Türkiyənin paytaxtı Ankara şəhərində açılışı olan “Türk Dünyası Tonyukuk Parkı”nda ucaldılıb.

KONKRET.az xəbər verir ki, çılış mərasimində Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentop, Türk Akademiyasının prezidenti Dahan Qydyráli, TÜRKSOY-un Baş katibi Düsen Kaseyinov, Altındağ Bələdiyyə başqanı Asim Balcı, türk dövlətlərinin Ankaradakı səfirləri, bir sıra nüfuzlu alimlər, dövlət xadimləri iştirak edib.

BTA prezidenti Darxan Kıdırəli bildirib ki, UNESCO-nun ötən ili Bilgə Tonyukuk yazılı abidəsinin qoyuluşunun 1300 illiyi münasibətilə “Tonyukuk İli” və Prezident Rəcəb Tayyip Ərdoğanın qərarı ilə bu ilin Türkiyədə “Türk Dili İli” elan olunmasını nəzərə alaraq, Akademiya ilə Altındağ Bələdiyyəsi Türk dilinin ilk yazılı örnəklərindən biri olan daş kitabənin Türkiyə paytaxtının ən görməli yerlərindən birində ucaldılması qərarına gəliblər.

Akademiya rəhbərinin sözlərinə görə, “Tonyukuk İli” çərçivəsində BTA tərəfindən həyata keçirilən silsilə tədbirlər belə bir önəmli parkın açılışı ilə taclandırılıb. Atrıq Ankara şəhərinin sakinləri Ötükənə getmədən belə möhtəşəm tarixi abidəni ziyarət etmək imkanı əldə ediblər.

D.Kıdırəli TBMM Sədri Mustafa Şentopa və Türkiyə hökumətinə dəstək üçün təşəkkür edib və Tonyukuk abidəsinin digər türk respublikalarında da ucaldılmasını planlaşdırdıqlarını diqqətə çatdırıb.

Qeyd edək ki, VIII əsrdə Mərkəzi Asiyada Orxon çayı vadisində ucaldılmış Bilgə Tonyukuk kitabəsi türk xalqlarının ən qədim ortaq yazılı qaynaqlarından biri hesab olunur. Qədim türk-runik əlifbası ilə yazılan kitabə türklərin dövlətçilik tarixinə, onların yaşam və həyat tərzinə, digər dövlətlər və xalqlarla münasibətlərinə, müstəqillik uğrunda apardıqları mübarizəyə işıq tutur.

Daş kitabənin yazarı və ya sifarişçisi olan Bilgə Tonyukuk türk tarixçisi və böyük dövlət xadimidir. O, VIII yüzillikdə Göytürk Xaqanlığı dövründə yaşayıb,  İltəriş Xaqan, İnel Xaqan, Qapağan Xaqan və Bilgə Xaqanın baş vəziri, həmçinin bir sıra müharibələrdə Göytürk ordusunun komandanı olub.

İldırım Musayev,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*