Türk dünyasının diqqəti Taraza dikildibackend

Türk dünyasının diqqəti Taraza dikildi

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Qazaxıstan Prezidenti Qasım Comərt Tokayevin təşəbbüsü ilə Qızıl Orda və Talas Qurultayının 750 illik yubileyi geniş qeyd olunur. Bununla əlaqədar 14-15 noyabr tarixlərində ölkənin tarixi mərkəzi – Tarazda Beynəlxalq Türk Akademiyası “Talas Qurultayı: tarix və yaddaş” adlı elmi-praktik konfrans keçirir.
M.X.Dövləti adına Taraz Dövlət Universiteti ilə birgə təşkil olunan bu əlamətdar hadisədə Qazaxıstan Baş nazirinin müavini Berdibek Saparbayev, Jambıl vilayətinin başçısı Askar Mırzaxmetov, Beynəlxalq Türk Akademiyasının prezidenti Dərxan Kıdırəli iştirak edirlər. M.X.Dövləti adına Dövlət Universiteti, Maxmetqali Sarıbekov, M.Auezov adına Cənubi Qazaxıstan Dövlət Universitetinin rektoru Dariy Kojhamjarov, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Monqolustan və Rusiyanın tanınmış elm adamları, xadimləri və jurnalistlərinin qatıldığı konfrans iki gün davam edəcək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*