Türk Hava Yolları iyulun 1-dən Özbəkistana uçuşları bərpa edirbackend

Türk Hava Yolları iyulun 1-dən Özbəkistana uçuşları bərpa edir

Türk Hava Yolları iyulun 1-dən etibarən Türkiyədən Özbəkistana uçuşları bərpa edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat verilib.

İstanbuldan Daşkəndə uçuşlar çərşənbə axşamı, çərşənbə, şənbə və bazar günləri, Daşkənddən İstanbula isə bazar ertəsi, çərşənbə axşamı, cümə və şənbə günləri yerinə yetiriləcəkdir.

İyunun 11-də Özbəkistan Hava limanlarının mətbuat xidməti 20-dən çox xarici aviaşirkətin Özbəkistanla beynəlxalq reysləri bərpa etməyə hazır olduqlarını bildirib.

Turkush Airlines, Fly Dubai, Korean Air, Asiana, Air Astana, Aeroflot, Sibir və bir sıra digər aviaşirkətlərin nümayəndələri Özbəkistanla hava əlaqələrini bərpa etməkdə maraqlı olduqlarını vurğulayıblar.

Onlayn konfrans şəklində aparılan danışıqlarda xarici aviaşirkətlərin pandemiya halında qarşılıqlı uçuşlarının yenidən başlaması, effektiv işləməsi və bunun nəticələri ətraflı müzakirə edilib.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*