Ötən il Azərbaycanda 34 milyon manat nizamnamə kapitalı ilə təsis edilmiş “Mach Havacılık” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunur.
KONKRET.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, ləğv olunduğunu elan edən “Mach Havacılık” kreditorlara müraciət ünvanlayıb ki, iki ay ərzində tələblərini bildirə bilərlər.
Xatırladaq ki, “Mach Havacılık” ötən ilin may ayında dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 34 000 000 manatdır. Şirkətə Türkiyə Respublikası vətəndaşı Mehmed Əli Nart rəhbərlik edib. Mehmed Əli Nart Türkiye Teknoloji Takımının İdarə heyətinin üzvüdür.
Şirkət Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli ev.1, “Adore Plaza”, IV mərtəbədə yerləşir.