Türk iş adamının rəhbərlik etdiyi şirkət Rusiyanın ən bahalı şirkətləri siyahısındabackend

Türk iş adamının rəhbərlik etdiyi şirkət Rusiyanın ən bahalı şirkətləri siyahısında

Türk iş adamının rəhbərlik etdiyi şirkət Rusiyanın ən bahalı şirkətləri siyahısına daxil edilib.

KONKRET.az yerli KİV-ə istinadən bildirir ki, türk iş adamı Güvenc Dönmezin rəhbərlik etdiyi “Delivery club” şirkəti “Forbes-Rusiya” jurnalının tərtib etdiyi “Runetin 30 ən bahalı şirkəti” siyahısında 9-cu sırada yer alıb. Siyahıda ilk yeri “Yandeks”, ikinci və üçüncü yerləri müvafiq olaraq “Wildberries” və “Ozon” şirkətləri tutublar.

“Delivery club” 2009-cu ildə yaradılıb və Rusiyanın hazır yemək çatdırılması üzrə ən iri şirkətidir. 2019-cu ildən şirkətə türk iş adamı Güvenc Dönmez rəhbərlik edir. “Delivery club” Rusiyanın 265 şəhərində 40 mindən artıq iaşə müəssisəsindən ayda 5 milyondan çox sifarişi ünvanına çatdırır. Pandemiya dövründə şirkət ünvanlara ərzaq çatdırılması ilə məşğul olmağa başlayıb. virtualaz.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*