Türk lider özünə iqamətgah tikdirdi: 1 milyard dollarabackend

Türk lider özünə iqamətgah tikdirdi: 1 milyard dollara

Özbəkistan Prezidenti Şövkət Mirziyayevin 1 milyard dollar dəyərində iqamətgahı aşkarlanıb.

KONKRET.az xəbər verir ki, prezidentin iqamətgahı ilə bağlı araşdırmanı “Azadlıq” radiosu aparıb. Məlumata görə, prezidentə iqamətgah tikmək üçün dağlarda qoruq meşələrinin bir hissəsi məhv edilib. İqamətgah üçün nadir tapılan mərmər növündən istifadə edilib, eləcə də buraya İtaliyadan xüsusi mebellər gətirilib.

Üstəlik, ərazidən axan çayın qarşısı prezident üçün süni su anbarı yaratmaq məqsədiylə kəsilib. Nəticə çayın mənsəbinə doğru ərazidə yaşayan insanlar susuz qalıblar.

Radio həmçinin müəyyən edib ki, Mirziyayevin iqamətgahı uçuşa qadağan bölgə elan edilib. İqamətgah ərazisinə mobil telefonla giriş tam qadağan olub.

Prezidentin sarayının tikintisinə Rusiyadan xüsusi şirkətlər cəlb edilib. Belə ki, iqamətgahın ərazisində bir neçə vertolyot meydançası, hamam, sauna, balıq tutmaq üçün qayıqlar, Alp stilində ağaclar, banket zalları və sairə yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*