Türk Şurası azad olunmuş ərazilərimizin bərpası məqsədi ilə biznes-forum keçirəcəkbackend

Türk Şurası azad olunmuş ərazilərimizin bərpası məqsədi ilə biznes-forum keçirəcək

“Türk Şurası nümayəndə heyəti olaraq biz daha öncə, Ermənistan tərəfindən raket atılandan qısa müddət sonra da Gəncəyə gəlmişdik. Bu, bir faciədir”.

KONKRET.az xəbər verir ki, bunu APA-ya Türk Şurası Baş katibinin müavini Qismət Gözəlov bildirib.

O deyib ki, 44 gün davam edən Vətən müharibəsi zamanı Türk Şurası hər zaman Azərbaycanı dəstəkləyib, üzv dövlətlər adından bəyanatlar verilib:

“İkinci Qarabağ Müharibəsindən sonra da Dağlıq Qaradağda həyata keçiriləcək quruculuq işlərində Türk Şurasına üzv dövlətlər dəstəklərini əsirgəməyəcəklərini bildiriblər. Bu il aprelin sonunda Türk Şurası çərçivəsində biznes-forumun keçirilməsi nəzərdə tutulur. Bu biznes-forumda məqsəd üzv ölkələrin iş adamlarını bir araya gətirmək, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində infrastruktur layihələrinin həyata keçirilməsində yaxından iştirak etməkdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*