Türkdilli ölkələrin musiqiçiləri Nazarbayevi yubileyi münasibəti ilə təbrik etdilər – VİDEObackend

Türkdilli ölkələrin musiqiçiləri Nazarbayevi yubileyi münasibəti ilə təbrik etdilər - VİDEO

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Türk dünyasının sənətçiləri bu gün 80 yaşı tamam olan Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevi “Üş Konır” mahnısı ilə təbrik ediblər (Sözləri: N. Nazarbayev, musiqisi: A. Korazbayev).

KONKRET.az xəbər verir ki, türkdilli ölkələrin – Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Rusiya Federasiyasının subyektləri: Başqırdıstan, Tatarıstan, Yakutiya, həmçinin Qaqauziyadan (Moldova) olan 50-dən çox musiqiçi və solist qazax mahnısını oxuyublar.

TÜRKSOY-un mətbuat xidmətindən verilən məlumata görə, sonra bütün ifalar tək bir klipə yerləşdirilib.

Layihəni təşkilatın rejissoru, Qazaxıstanın əməkdar incəsənət xadimi Arman Nurmaxamatulı həyata keçirib.

 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*