Türkiyə 4 milyard dollarlıq silah ixrac edəcəkbackend

Türkiyə 4 milyard dollarlıq silah ixrac edəcək

Türkiyə 2022-ci ilin sonuna qədər 4 milyard dollardan çox hərbi məhsul ixrac etməyi planlaşdırır.

KONKRET.az TRT istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İnnovasiya Həftəsi çərçivəsində keçirilən tədbirdə deyib.

“2002-ci ildə Türkiyənin müdafiə təyinatlı məhsullarının ixracı 248 milyon dollar olub, cari ilin sonuna bu rəqəm 4 milyard dollardan yuxarı səviyyədə proqnozlaşdırılır. Türkiyənin müdafiə büdcəsi 2002-ci ildəki 5,5 milyard dollardan 75 milyard dollara yüksəlib”, – Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə çoxsaylı maneələrə, gizli və açıq embarqolara baxmayaraq, hərbi-sənaye kompleksində mühüm uğurlar əldə edib.

O qeyd edib ki, bu gün Türkiyə pilotsuz uçan aparatların istehsalına görə dünyanın 3-4 aparıcı ölkəsindən biridir.

Türkiyə Prezidenti bildirib ki, bu gün ölkədə hərbi sənaye kompleksində iştirak edən şirkətlərin sayı 160-ı ötür, halbuki 2002-ci ildə onların sayı cəmi 56 olub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*