Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında ABŞ Senatında qəbul edilən 2020-ci il Milli Müdafiə Təşkilatı Qanun layihəsində Rəsmi Ankaraya qarşı düşmən ünsürlərin olduğu bəyan edilib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Nazirliyin rəsmi səhifəsində dərc olunan açıqlamada Konqres üzvlərinin münasibətlərin yoluna düşməsinə mane olduğu qeyd olunub.
“Türkiyəyə düşmən dairələrin təsiri altına düşən Konqres üzvləri, Amerika ilə əlaqələrimizin yaxşılaşmasına zərər verməyə çalışır. Sözügedən qanun layihəsi ölkəmizin bütün öhdəliklərini yerinə yetirdiyi F-35 Proqramına qatılmasının haqsız olaraq əngəllənməsini, Konqresin suveren ölkə olaraq aldığmız qərarlara qarşı sayğısızlığını və düşmən münasibətini əks etdirir”.
Rəsmi Ankara bəyan edib ki, Türkiyə milli təhlükəsizliyini təmin etmək üçün lazımi qətiyyətli addımlar atmaqdan əsla vaz keçməyəcək:
“Türkiyənin əleyhinə olan qüvvələrə qarşı gərəkli tədbirlərin görüləcəyinə kimsə şübhə ilə yanaşmasın”.
Hazırladı: Günel MUSEYİB