Türkiyə Amerika senatının qərarını “tarixlə üzləşmək istəməyən qorxaqlıq” adlandırdıbackend

Türkiyə Amerika Senatının qərarını "tarixlə üzləşmək istəməyən qorxaqlıq" adlandırdı

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Amerika Senatının 1915-ci il erməni hadisələrini soyqırım kimi tanıyan qətnamə qəbul etməsini siyasi göstəriş adlandırıb. O, sənədin hüquqi keçərliliyinin olmadığını bildirib.

KONKRET.az xəbər verir ki,  Çavuşoğlu qanun layihəsini Twitter hesabından şərh edib. O, qeyd edib ki, tarixi siyasi məqsədlər üçün istifadə edənlər həqiqətlə üzləşmək istəməyən qorxaqlardır.

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz də Amerika senatının qərarına münasibətini bildirib: “Ümid edirəm onlar bu səhvlərdən dönəcəklər və  illərlə NATO və müxtəlif beynəlxalq arenalarda münasibət qurduğumuz bu ölkə ilə hər məsələni yoluna qoya biləcəyik”

Qeyd edək ki, Amerika Senatı qondarma erməni soyqırımı qanun layihəsini qəbul edib. Sənəd Demokrat Partiyasından olan Nyu Cersi senatoru Bob Menendez və Respublikaçı Texas senatoru Ted Cruz tərəfindən təqdim edilib.

Qanun layihəsi ilə bağlı Senatda keçirilən səsvermədə iştirak edən senatorlardan etirazı edən olmayıb.

Hazırladı: Günel MUSEYİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*