“Türkiyə Aralıq dənizində geoloji kəşfiyyat qazma işlərini bərpa etdi” – Ərdoğanbackend

"Türkiyə Aralıq dənizində geoloji kəşfiyyat qazma işlərini bərpa etdi" - Ərdoğan

Türkiyənin “Barbaros Hayrettin” qazma gəmisi Aralıq dənizində geoloji kəşfiyyat qazma işlərini bərpa edib.

KONKRET.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə bildirib.

Qazma Yunanıstan və Misir arasında dəniz zonalarının delimitasiyası ilə bağlı razılaşma ilə əlaqədar yaranan münaqişə fonunda yenidən başlayıb.

Yunanıstan Xarici İşlər Nazirliyinin daha əvvəl açıqladığı kimi, Yunanıstan və Misir Yunanıstan xarici işlər naziri Nikos Dendiasın Qahirəyə səfəri zamanı eksklüziv iqtisadi zonanın delimitasiyası ilə bağlı razılaşma imzalayıb.

Dendias razılaşmanı “nümunəvi, Aralıq dənizinin şərq zonası üçün vacib” adlandırıb.

Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın daha əvvəl deyib ki, Ankaranın Aralıq dənizindəki Kastelorizo ​​adası bölgəsində başlatdığı seysmik tədqiqatlar Yunan tərəfi ilə danışıqlara qədər dayandırıla bilər.

“Qazma işlərini dayandırdıq, amma yenidən başlayacağıq. Liviya ilə razılaşma imzaladıq və qətiyyətlə yerinə yetirməyə davam edəcəyik. Yunanıstan və Misir arasındakı haqları olmayan ərazidə bağlanmış razılaşmanın qanuniliyi yoxdur. Deyirlər ki, bu saziş bizə qarşı yönəlməyib” deyib Ərdoğan.

Antalya Hidroqrafiya Xidməti 21 iyul – 2 avqust tarixlərində Kastelorizo ​​adasının cənub və şərqində seysmik tədqiqatlar üçün Navtex beynəlxalq siqnalımnı vermişdi. Ankarada “Oruc Reis” araşdırma gəmisinin ərazidə yerləşəcəyi açıqlanıb. 15 türk döyüş gəmisi də ora gedib.

Yunanıstan iddia edir ki, Türkiyənin seysmik tədqiqatlarına başladığı ərazi eksklüziv iqtisadi zonaya daxildir. Yunanıstan Türk “Navtex” siqnalını ləğv edərək özününkünü buraxıb. Yunan silahlı qüvvələri bütün ölkədə hazırlıq vəziyyətinə gətirilib.

Ərdoğan və Liviya Milli Razılaşma Hökumətinin başçısı Fayez Sarraj 2019-cu il noyabrın sonunda dəniz zonaları ilə bağlı anlaşma memorandumu imzalayıblar. Bu, diplomatik mübahisəyə səbəb olub. Türkiyə “Türk-Liviya Memorandumunu nəzərə alaraq” dəniz zonalarının xəritəsini yayımlayıb.

Buna görə Yunanıstan hesab edir ki, suların əhəmiyyətli bir hissəsi Türkiyəyə “gedir”. Yunanıstan Türkiyəni ölkəsinin suveren hüquqlarına xəyanət etməkdə və eksklüziv iqtisadi zonanın xəritəsini dəyişməkdə ittiham edir.

Ankara memorandumun beynəlxalq hüquqa söykəndiyini bildirib.

Babək Göyüş                                                                

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*