Türkiyə artırdı, Avropa lideri oldu – Azərbaycanda azalırbackend

Türkiyə artırdı, Avropa lideri oldu - Azərbaycanda azalır

2024-cü ilin nəticələrinə görə, Türkiyədə iribuynuzlu və xırdabuynuzlu heyvan sayı artıb və ölkə bu sahədə Avropa birincisi olub.

KONKRET.az xəbər verir ki, 2025-ci ilin 1 yanvarına olan məlumata görə, Türkiyədə iribuynuzlu heyvan sayı 16 milyon 986 minə, xırdabuynuzlu isə 54,9 milyona qalxıb.

Azərbaycanda isə 2025-ci il yanvarın 1-i üçün 6 milyon 850,2 min xırdabuynuzlu, 2 milyon 459,7 min baş iribuynuzlu mal-qara qeydə alınıb. Bu, ötən illə müqayisədə iribuynuzlularda 42,7 min, xırdabuynuzlularda 231,4 min azalma deməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*