Türkiyə-Azərbaycan Universitetinin binası ilə bağlı – AÇIQLAMAbackend

Türkiyə-Azərbaycan Universitetinin binası ilə bağlı - AÇIQLAMA

“Türkiyə-Azərbaycan Universitetinə binanın ayrılması üçün Bakıda bir neçə binaya baxış keçirəcəyik”.

KONKRET.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, bunun üçün türkiyəli nazirlə birlikdə Bakının mərkəzində bir neçə binaya baxılacaq: “Hazırda konkret bina yoxdur. Gələn həftənin sonundan bir ay ərzində bina müəyyənləşəcək”.

Nazir, həmçinin bu universitetdə daha çox azərbaycanlı tələbələrin təhsil alacağını açıqlayıb: “Bu ali məktəbdə təhsil əsasən Azərbaycan vətəndaşları üçündür. Əgər hansısa türk tələbə Hacəttəpə Univetsitetinin diplomunu orada yox, Bakıda almaq istəyirsə, ala bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*