Türkiyə “Bayraktar TB2”ni modernləşdirmək üçün bu ölkə ilə əməkdaşlıq edəcəkbackend

Türkiyə “Bayraktar TB2”ni modernləşdirmək üçün bu ölkə ilə əməkdaşlıq edəcək

Türkiyə hərbi-sənaye kompleksi pilotsuz təyyarələrin modernləşdirilməsi və ortaq istehsalın qurulması üçün Çinlə əməkdaşlıq etmək istəyir.

KONKRET.az xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti çinli mütəxəssislərə istinadən yazıb.

Qeyd olunub ki, Ankara Pekinin köməyi ilə “Bayraktar TB2”ni təkmilləşdirmək istəyir.

Pekində yerləşən “Yuan Wang” hərbi beyin mərkəzinin əməkdaşı Çjou Çenminqin sözlərinə görə, Ukraynada “Bayraktar TB2″nin zəif tərəfləri bəlli olub.

“Ankara ümid edir ki, Pekin TB2-ni təkmilləşdirmək üçün dron texnologiyasını ona ötürəcək”, – deyə ekspert vurğulayıb.

Qəzet qeyd edir ki, söhbət “Tsaihong” (CH) seriyalı Çin PUA-ları və xüsusiyyətlərinə görə Amerikanın MQ9 Reaper ilə müqayisə oluna bilən “BT-001” kəşfiyyat aparatlarından gedir.

Qeyd olunub ki, bu, qarşılıqlı faydalı əməkdaşlıq olacaq. Türkiyə NATO-nun üzvü olduğu üçün Çin Ankaranın xüsusi statusundan istifadə edərək xarici bazarlarda genişlənə bilər.

Eyni zamanda, Şanxay Siyasi Elmlər və Hüquq Universitetindən Ni Lesyun Çinin əsas texnologiyalarını Türkiyəyə ötürməsi ehtimalına şübhə ilə yanaşır. Onun sözlərinə görə, NATO ölkələri Çin istehsalı olan silahları almayacaq.

Xatırladaq ki, 2015-ci ildə iki illik danışıqlardan sonra Türkiyə “FD-2000” hava hücumundan müdafiə sistemlərinin alınması üçün Çinlə 3,4 milyard dollarlıq müqavilədən imtina edib. Və sonda Ankara 2,5 milyard dollarlıq Rusiya “S-400”lərinin xeyrinə seçim edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*