Türkiyə bu sahədə Avropada LİDERDİRbackend

Türkiyə bu sahədə Avropada LİDERDİR

Türkiyə Avropada ən çox motosiklet satılan ölkə oldu.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, statistikada qırx ölkənin məlumatları nəzərə alınıb.

İstanbulun yollarına baxsaq, buraya klassik motosikletlər deyil, daha çox skuterlər daxildir.

Belə ki, 2023-cü ilin ilk yarısında Türkiyədə qeydə alınan motosikletlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 132%-dən çox artıb.

Motosiklet Sənayesi Assosiasiyasının məlumatına görə, 2023-cü ilin yanvar-iyun aylarında ölkədə 426 308 motosiklet qeydə alınıb.

Türkiyədə bu artım, birincisi, mopedlərin qiymətinin münasib olması, ikincisi, avtomobillərin və yanacağın qiymətinin qalxması ilə izah olunur.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*