“Türkiyə bütün gücü ilə Azərbaycandadır” – Sərdar Cəlaloğlunun şərhibackend

“Türkiyə bütün gücü ilə Azərbaycandadır” – Sərdar Cəlaloğlunun şərhi

“Rusiyanın müəyyən qədər maraqlarını nəzərə almalıyıq. Türkiyə və Rusiya arasında razılaşma əldə edilməsi bu iki dövlət arasında min illik tarixə malik olan böyük ədavətin müttəfiqliklə əvəz edilməsinə gətirib çıxardı. Burada Türkiyə və Azərbaycan böyük qazanc əldə edəcək”.

Bu fikirləri KONKRET.az-a danışan ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, biz çalışmalıyıq ki, Azərbaycan, Rusiya və Türkiyə arasında düşmənçilik deyil, mütəffiqlik müansibəti yaransın: Ən önəmlisi isə Azərbaycan, Türkiyə və Rusiya arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyacaq. Rusiya burada böyük nəticə əldə edir. Çünki dünyada Avropa, Amerika və digər ölkələr Rusiyaya düşməndir. Rusiyanın Putinin qeyd etdiyi kimi Türkiyə kimi müttəfiqə ehtiyacı var. Bu baxımdan mənə elə gəlir ki, rusların bizə, bizim də onlara ehtiyacımız olduğu bir vaxtda onlar Azərbaycana qarşı dostluq münasibəti bəsləməlidir. İndiki halda o memorandomun tam mahiyyəti mənə aydın deyil. Amma mən Türkiyəyə çox inanıram. Əgər Türkiyə bir memorandum imzalayırsa, bu, o deməkdir ki, həmin sənəd Azərbaycanın xeyirinə olan məsələdir”.

Partiya sədri vurğulayıb ki, müharibənin dayandırılması və bir neçə ərazinin sülh yolu ilə azad edilməsi irəliyə doğru böyük addımdır: “Biz düşməni yerində otuzduraraq torpaqlarımızı işğaldan azad etmişik. Digər əldə etdiyimiz böyük nailyyətlər isə Türkiyə sülhməramlılarının yerləşdirilməsi və Naxçıvana quru yolun bərpasıdır. Qarşımızda böyük problemlər dayanıb. Bu, hələ ki, atəşkəsdir. Sülh müqaviləsi hələlik imzalanmayıb. Ermənilər təxribatlarını bir müddət davam etdirəcək. Ona görə də Azərbaycan Ordusu yenidən döyüş qabiliyyətinin gətirilməsi istiqamətində və Tükiyə hərbi bazalarının sayının artırılması istiqamətində addımlar atılmalıdır. Türkiyə və Azərbaycan hərbi müttəfiqliyi, siyasi əlaqələr yüksək müstəviyə çatdırılmalıdır. Pakistanla əlaqələr genişləndirilməlidir. Türkiyənin orada yerləşməsi Azərbaycan üçün qarant rolunu oynayır. Hansı adla gəlməsinin də heç bir əlaqəsi yoxdur. Hər kəs Rusiya sülhməramlarının gəlməsindən və bizə qarşı təxribatından narahatdır. Əsil sülhməramlı qüvvələri rolunu elə Türkiyə oynayacaq. Türkiyə bizə qarşı hər hansı təxribatın baş verməsinə icazə verməyəcək. Türkiyənin diplomatik gücünü nəzərə alsaq, mənə elə gəlir ki, çox da narahatlığa ehtiyac yoxdur”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*