“Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi atəşkəsə nəzarət edəcək. Halbuki 10 noyabr bəyannaməsinin 4-cü bəndinə əsasən, silahlı erməni birləşmələri Rusiya sülhməramlı qüvvələrinin təsir zonasında qalmamalı idi. Əgər erməni silahlı birləşmələri çıxarılsaydı, belə bir Monitorinq Mərkəzinə ehtiyac olmayacaqdı”.
KONKRET.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun fikrincə, Türkiyə və Rusiya sülhməramlı qüvvələri Laçın dəhlizi və Xankəndidə birgə fəaliyyət göstərsəydi, erməni silahlı birləşmələri bu ərazidə qalmayacaqdı:
“Türkiyə ilk gündən Rusiya ilə birgə sülhməramlı qüvvələr kimi fəaliyyət göstərmək barədə təklif verirdi. Bakı və Ankara erməni silhahlı birləşmələrinin ləğv edilməsini Rusiyadan tələb etməlidir. Türkiyə çalışacaq ki, silhahlı erməni birləşmələri bu ərazilərdə ləğv edilsin”.
“Nə qədər ki, Qarabağda silahlı ermənilər var, situasiya gərgin olacaq. Təbii ki, Azərbaycan iki saata silahlı erməni birləşmələrini ləğv edə bilər, amma Rusiya bunda maraqlı deyil”, – deyə politoloq xüsusi olaraq vurğulayıb.
Azərbaycan tələb qoyulmalidir çox ciddi ermənilərə silahlı təhvil verməlidir özü bacarmasa Azərbaycan silahları qüvvə)ər həyata keçiriləcək vəs salam