Türkiyə Dəməşqə uçuşları bərpa edirbackend

Türkiyə Dəməşqə uçuşları bərpa edir

Türk Hava Yolları 13 illik fasilədən sonra Türkiyədən Suriyanın paytaxtı Dəməşqə uçuşları bərpa edir.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə aviaşirkətinin rəhbəri Bilyal Ekşi sosial şəbəkədəki səhifəsində yazıb. Məlumata görə, ilk uçuş yanvarın 23-də baş tutacaq. Uçuşlar həftədə üç dəfə olacaq. Uçuşlar Dəməşq və İstanbul arasında həyata keçiriləcək. Xatırladaq ki, Türkiyə ilə Suriya arasında hava əlaqəsi 2012-ci ildə dayandırılıb. Suriyada hakimiyyət dəyişikliyindən sonra yanvarın 7-də Dəməşq hava limanı fəaliyyətini bərpa edib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*