Türkiyə “Discord”a girişi blokladıbackend

Türkiyə “Discord”a girişi blokladı

Türkiyədə “Discord” messencerinə giriş bloklanıb.

KONKRET.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə ədliyyə naziri Yılmaz Tunç “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Gənclərimizi, uşaqlarımızı sosial şəbəkələrdə və internetdə zərərli paylaşımlardan qorumaq əzmindəyik. Sosial quruluşumuzun təməllərini sarsıtmaq cəhdlərinə heç vaxt imkan verməyəcəyik”, – o vurğulayıb.

Nazirin sözlərinə görə, məhkəmə uşaqlara qarşı cinsi zorakılıq və ədəbsizlik ilə bağlı şübhələrə görə “Discord”a girişi məhdudlaşdırmaq qərarına gəlib.(report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*