Türkiyə Əfqanıstana 25 ton humanitar yardım göndərib.
KONKRET.az Axar.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi, AFAD eləcə də Türkiyə Qızıl Aypara Cəmiyyətinin koordinasiyasında hazırlanan humanitar yardım ləvazimatları Kayseridəki Erkilet hava limanından Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə bölgəyə çatdırılıb.
Humanitar yardım bölgədə təcili ehtiyac duyulan sığınacaq vasitələri, gigiyena və ərzaq bağlamalarından ibarət olub.
Qeyd edək ki, avqustun 31-də baş verən zəlzələ nəticəsində 1141 nəfər həlak olub, təxminən 3 min nəfər yaralanıb.