“Misirlə Türkiyə arasında idarə olunan münasibətlər bir neçə aspektdən önəmlidir. Onların məzmunu regional və geosiyasi proseslərə birbaşa təsir göstərir. Hər iki ölkə Yaxın Şərqdə və ümumən İslam dünyasında kifayət qədər mühüm rol oynayır. Onlar ABŞ-nin bu regionda əsas tərəfdaşları hesab olunurlar, həm də rəqabət aparan ölkələrdir, çünki onların hər biri regionda dominant və ya daha böyük təsirə malik olmağa çalışır”.
KONKRET.az xəbər verir ki, bu fikri erməni ərəbşünas və analitik Armen Petrosyan “Armenpress”ə müsahibəsində bildirib.
“Yaxın Şərqdə 2010-cu illərin əvvəlində başlayan ərəb baharından sonra Misirdə iki hakimiyyət dəyişikliyi Türkiyə-Misir münasibətlərinə ciddi təsir göstərib. “Ərəb baharı” hadisələri boyu Türkiyə ərəb ölkələrində öz təsirini artırmaq istəyirdi. Lakin Misirdə “Müsəlman qardaşları” təşkilatının hakimiyyətə gəlməsi, sonra isə ordu çevrilişi iki dövlət arasında münasibətlərdə ciddi problemlər yaradıb”, – deyə Petrosyan bildirib.
Natiq Səlim,
KONKRET.az