Türkiyə Ermənistan nümayəndələri ilə görüşdən İMTİNA EDİB?- YENİLƏNİBbackend

Türkiyə Ermənistan nümayəndələri ilə görüşdən İMTİNA EDİB?- YENİLƏNİB

Ankara Türkiyə və Ermənistan nümayəndələri arasında iyulun 2-nə planlaşdırılan görüşü ləğv edib.

KONKRET.az xəbər verir ki, News.am-ın məlumatlı diplomatik mənbəyə istinadən verdiyi xəbərə görə, son anda Türkiyə tərəfi görüşdən imtina edib.

“Qərarın rəsmi səbəbləri açıqlanmayıb”, – mənbə iddia edir.

***

Nəşr qeyd edir ki, görüşün ləğv edilib-edilmədiyi hələlik məlum deyil.

Türkiyə və Ermənistan nümayəndələri arasında planlaşdırılan görüşlə bağlı xəbər rəsmi təsdiqini tapmayıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*