Türkiyə Ermənistanla sərhədi açır? – Moskvaya CAVABbackend

Türkiyə Ermənistanla sərhədi açır? – Moskvaya CAVAB

“Türkiyə-Ermənistan sərhədinin nə zaman açılacağı bəlli deyil”. 

KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bunu Türkiyədən adı açıqlanmayan diplomatik mənbə “RİA Novosti”yə bildirib.

Mənbənin məlumatına görə, Ankara bu məsələdə Bakı və İrəvan arasındakı sülh prosesini izləyir:

“Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması prosesi Bakı ilə İrəvan arasındakı sülh prosesi ilə paralel gedir. Türkiyə Prezidenti də çıxışlarında bunu vurğulayıb. Sərhədlərin açılması ilə bağlı dəqiq tarix yoxdur. Biz bu istiqamətdə müsbət addımlar görürük, iki ölkə arasında sülh sazişinin imzalanmasından bütün region faydalanacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*