Türkiyə Əsədin daha 299 hərbçisini məhv etdibackend

Türkiyə Əsədin daha 299 hərbçisini məhv etdi

Son günlər Türkiyə Suriyanın İdlib əyalətində Bəşər Əsəd rejiminin daha 299 hərbçisini məhv edib. Bir türk əsgərinin ölümü və doqquz yaralı haqqında da məlumat var.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, martın 2-də axşam saatlarında Ankarada yekunlaşdırılan nəticələrə görə, 1 martda başlanan “Bahar Qalxanı” əməliyyatı zamanı Türkiyə ordusu artıq Əsədin iki döyüş təyyarəsini, 135 tankını, 86 artilleriyasını, 16 minaatanlarını, 77 zirehli personal daşıyıcısını, 9 silah-sursat anbarını məhv edib.

Əsəd rejiminin silahlı qruplarının 2557 üzvü zərərsizləşdirilib.

Xatırladaq ki, son günlər Türkiyə 327 Suriya əsgərinin zərərsizləşdirildiyini açıqlayıb.

Martın 1-də Türkiyənin Suriyada “Bahar Qalxanı” adlı yeni bir əməliyyatı başlayıb. Türkiyə hakimiyyəti əməliyyatın yeganə məqsədinin Əsəd rejimi əsgərlərindən özünümüdafiə olduğunu deyib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*