Hakan Fidan İran və ABŞ arasında danışıqların başlanmasını yüksək qiymətləndirib.
KONKRET.az xəbər verir ki, o, bu barədə iranlı həmkarı ilə danışarkən deyib.
Hakan Fidan İran və ABŞ arasında danışıqları alqışlayaraq, Türkiyənin bu məsələnin irəliləməsi üçün hər cür dəstəyi verməyə hazır olduğunu vurğulayıb.
Telefon danışığı zamanı Türkiyədəki İran vətəndaşları ilə bağlı bəzi konsulluq məsələlərinə və problemlərə də toxunulub. Türkiyənin xarici işlər naziri bu məsələlərin həllinə nəzarət edəcəyini vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az