Türkiyənin İsveçdən ekstradisiyasını tələb etdiyi şəxslərin siyahısı artıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Sveriges Radio” məlumat yayıb.
Bildirilib ki, Türkiyə siyasətçiləri və mediası ekstradisiya edilən 33 nəfərin adını çəkir. İndi dərc olunan siyahıda 42 nəfərin adı var.
Məlumata görə, bu şəxslərin əksəriyyəti Türkiyədə terrorçuluqda ittiham olunur.
Qeyd edək ki, mayın 18-də İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün müraciət edib. Türkiyə bu prosesə dərhal mane olub və bu ölkələrdən terrorizmdə və dövlət çevrilişinə cəhddə iştirakda ittiham olunan şəxslərin ekstradisiyasını tələb edib.
Türkiyə Prezidentinin sözlərinə görə, İsveç terror fəaliyyətində iştirak edən 70-dən çox şəxsi ekstradisiya edəcəyinə söz verib.
İqbal Rzayev,
KONKRET.az