Türkiyə iyul ayında dünyada ən çox qızıl alan ölkə oldubackend

Türkiyə iyul ayında dünyada ən çox qızıl alan ölkə oldu

Türkiyə 19,4 tonla dünyada ilin ikinci yarısının ilk ayında ən çox qızıl alan ölkə olub.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu haqda məlumatı  Dünya Qızıl Şurası (WGC) yayıb.

Qətər 3,1 ton, Hindistan 2,8 ton, Qazaxıstan 1,9 ton və Ukrayna 300 kiloqram qızıl alıb.

Özbəkistan isə iyul ayında dünyanın ən böyük qızıl satıcısı olub.

Mənbə bildirir ki, ölkə iyul ayında 11,6 ton qızıl satıb.

Monqolustan qızıl satışlarında ikinci sıradadır. İyul ayında ölkə 6.1 ton qızıl ixrac edib.

Eyni zamanda, Rusiya və Almaniyanın hər birinin yarım ton qızıl satdığı bildirilir.

Dünya Qızıl Şurasına görə, iyul ayında dünya bazarında bir qram qızıl orta hesabla 58 dollara satılıb. Bu gün bu qiymətli metalın qiyməti 62 dollar civarındadır.

Babək Göyüş                                                                                

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*