Türkiyə kamikadze dronlar hazırlayırbackend

Türkiyə kamikadze dronlar hazırlayır

“Türkiyə kamikadze dronların yaradılması üzərində işləyir, eləcə də milli “Altay” tankının yaradılması prosesi gedir”.

KONKRET.az xəbər verir ki, bunu CNN Türk telekanalına açıqlamasında Müdafiə Nazirliyinin rəhbəri Yaşar Gülər ​​deyib.

Nazirin sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi “pilotsuz maşınlardan istifadə edilən müharibələrə yeni ölçü verib. Məsələn, kamikadze dronunu götürək. Siz marşrutun koordinatlarını daxil edirsiniz, o, hədəfə uçur və partlayıcı qurğuları yerə atır. Biz də bunun üzərində işləyirik”.

Gülər ​​onu da bildirib ki, Türkiyə Altay tankının yaradılması ilə bağlı işləri davam etdirir: “Birinci mərhələdə 250 ədəd tank istehsal edəcəyik. Onlardan 85-i üçün müvafiq detallar koreyalı dostlarımızdan alınacaq, qalanını isə özümüz təmin edəcəyik”.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*