Türkiyə Litva xalqının pul yığaraq Ukrayna üçün almaq istədiyi “Bayraktar”ı PULSUZ VERƏCƏK – FOTObackend

Türkiyə Litva xalqının pul yığaraq Ukrayna üçün almaq istədiyi "Bayraktar"ı PULSUZ VERƏCƏK - FOTO

Türkiyə Litva xalqının pul yığaraq Ukrayna üçün almaq istədiyi “Bayraktar”ı pulsuz verəcək.

KONKRET.az xəbər verir ki, bir neçə gün əvvəl Litva vətəndaşları Ukraynaya türk döyüş təyyarəsi “Bayraktar” almaq üçün 5 milyon avro toplayıblar.

Litvanın müdafiə naziri yazır ki, Türkiyə Litva xalqının pul yığaraq Ukrayna üçün almaq istədiyi “Bayrakta”ı pulsuz verəcək.

Yığılan məbləğ lazımi sursatların alınmasına sərf olunacaq, qalan hissəsi isə Ukraynaya bağışlanacaq.

“İnanılmazdır ki, Türkiyənin Litvanın vəsait topladığı “Bayraktar”ı pulsuz olaraq bağışlamağa razılıq verib. Pulsuzdur. Bu heyrətamizdir. Toplanan vəsaitlə “Bayraktar” üçün lazım olan sursatları alacağıq və qalan vəsait də Ukraynaya dəstək üçün gedəcək. Təşəkkür edirəm, Türkiyə!” – Anusauskas bildirib.

Bu addımı Türkiyənin “Bayraktar” istehsal edən “Baykar” şirkəti də təsdiqləyib.

“Litva xalqı şərəflə Ukrayna üçün “Bayraktar TB2” almaq üçün vəsait topladı. Bundan xəbər tutan Baykar “Bayraktar TB2″-ni Litvaya pulsuz bağışlayacaq və bu vəsaiti humanitar yardım üçün Ukraynaya köçürməyi xahiş edir”, – şirkətdən bildirilib.

Qeyd edək ki, Litva ilə Türkiyə arasında Ukrayna üçün “Bayraktar TB2” PUA-larının alınmasına dair sənəd imzalanıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*