Türkiyə mediası Putinin koronavirusa yoluxan şəxslə ünsiyyətinə heyran qaldıbackend

Türkiyə mediası Putinin koronavirusa yoluxan şəxslə ünsiyyətinə heyran qaldı

Türkiyənin dikGazete nəşri prezident Vladimir Putinin koronavirusa yoluxan xəstələrin yatdığı Kommunarka xəstəxanasına getməsinə heyran qalıb.

KONKRET.az xəbər verir ki, bir gün əvvəl dövlət başçısı karantin mərkəzinin yerləşdiyi  xəstəxanada olub, baş həkim, heyət və xəstələrlə söhbət edib.

Türk nəşri qeyd edir ki, əksər dövlət rəhbərləri indi yaşayış yerlərini tərk etməməyə çalışırlar, lakin Rusiya prezidentinin əməlləri bütün dünyadakı stereotipləri dağıdıb.

“Bu gün bir lider eşitməmişəm ki, koronavirusa yoluxan adi vətəndaşların yerləşdiyi xəstəxananı ziyarət edib. Rusiya mətbuatının yazdığına görə, Putinin bu səfəri təkcə xəstəxana işçiləri və xəstələr üçün deyil, həm də tabeçiliyində olanlar üçün də gözlənilməz hadisə oldu. Putin keçmiş kəşfiyyat işçisidir və virusların nə qədər təhlükəli olduğu barədə kifayət qədər məlumatı var. Ancaq o, bu riski götürdü və xəstəxanaya baş çəkdi” deyə müəllif qeyd edir.

Eyni zamanda, o, Rusiya prezidentinin səfərini İosif Stalinin 1941-ci ildə almanların SSRİ-yə hücumu zamanı Moskvada qalması qərarı ilə müqayisə edir.

“Hazırda Rusiyada çaxnaşma yoxdur, amma insanlar öz ölkələrinin liderini yanında görmək istəyirlər. Lider, yaxşı və çətin vaxtlarında xalqına yaxın olan, hər zaman tanınan şəxsdir” deyə nəşr yazır.

Bununla yanaşı, müəllif Rusiya prezidentinin problemləri sözlə deyil, əməllə həll etmək meylini qeyd edib.

“Putin bu dəfə koronavirus haqqında danışmağı deyil, bir xəstəxanaya baş çəkməyi və vəziyyəti yerində öyrənməyi seçdi” deyə dikGazete ümumiləşdirir.

Koronavirus artıq 170-dən çox ölkədə aşkar edilib. İlk dəfə COVID-19 keçən ilin sonlarında Uxanda qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, yoluxmuşların ümumi sayı 350 min nəfəri keçib, 16 min xəstə ölüb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*