Türkiyə Mərkəzi Bankı ardıcıl yeddinci dəfə uçot dərəcəsini artırdıbackend

Türkiyə Mərkəzi Bankı ardıcıl yeddinci dəfə uçot dərəcəsini artırdı

Türkiyədə uçot dərəcəsi yüzdə 42,5-ə yüksəlib. Bu qərarı Respublika Mərkəzi Bankı verib.

KONKRET.az xəbər verir ki, bununla da pul siyasəti ardıcıl yeddinci dəfə sərtləşdirilib. Müvafiq bəyanat Bankın saytında dərc olunub.

Türkiyə Mərkəzi Bankı qeyd edib ki, inflyasiya təzyiqi xidmət sektoru və geosiyasi risklər tərəfindən dəstəklənir, lakin son məlumatlar vəziyyətin tədricən yaxşılaşdığını göstərir.

Hazırda faiz artımı əksər analitiklərin gözləntiləri ilə üst-üstə düşdü, baxmayaraq ki, bəziləri parametrin 45 faizə qaldırılacağını istisna etmirdi. Noyabrın sonunda ölkədə inflyasiya 61,98 faizə çatsa da, tədricən səngiyir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*