Türkiyə Mərkəzi Bankı faiz dərəcələrini yenidən artırmağa hazırlaşırbackend

Türkiyə Mərkəzi Bankı faiz dərəcələrini yenidən artırmağa hazırlaşır

Maliyyə Siyasəti Komitəsinin 2024-cü il yanvarın 25-də keçiriləcək ilk iclasında Türkiyə Mərkəzi Bankı banklarım faiz dərəcələrini 250 bənd artıraraq 45%-ə çatdıra bilər.

KONKRET.az xəbər verir ki, bir çox yerli iqtisadçı belə proqnozlar verir.

Qeyd edək ki, 2023-cü ilin dekabrında tənzimləyici faiz dərəcəsi 40%-dən 42,5%-ə yüksəldilmilşdi.

Analitiklərin fikrincə, 2024-cü ilin ilk üç ayı ərzində Türkiyə Mərkəzi Bankının əsas faiz dərəcəsi 45% olacaq. Türkiyə Mərkəzi Bankının proqnozlarına görə, 2024-cü ilin sonuna qədər uçot dərəcəsi 38,75% təşkil edəcək.

Türkiyə Mərkəzi Bankı 2023-cü ilin iyun ayında uçot dərəcəsini iki ildən artıq müddətdə ilk dəfə olaraq 8,5%-dən 15%-ə qaldırıb, sonra isə mütəmadi olaraq yuxarıya doğru yenidən nəzərdən keçirir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*