Türkiyənin antiinhisar qurumu olan Rəqabət Şurası “Meta Platforms Inc” ilə bağlı araşdırmaya başladığını elan edib.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, araşdırma qərarı ABŞ şirkətinin Instagram və Threads proqramlarında istifadəçi hesablarını birləşdirmək qərarı fonunda qəbul edilib.
Rəqabət Şurasının bəyanatında deyilir ki, ilkin araşdırma, o cümlədən aparılan məlumatların, sənədlərin və qiymətləndirmələrin təhlili haqsız rəqabət şübhələrinin ciddiliyini və əsaslılığını ortaya çıxarıb. Bu, həm də sahibi olan Meta-ya qarşı araşdırmaların başlaması üçün əsas oldu.
Qanun pozuntuları təsdiqlənərsə, sosial şəbəkə cərimələnə bilər.
Qeyd edək ki, X (keçmiş Twitter) ilə rəqabət aparan Threads sosial şəbəkəsi 2023-cü ilin iyulunda istifadəyə verilib. İstifadədən sonra ilk 24 saat ərzində abunəçilərin sayı 30 milyona çatıb və hazırda bu say 140 milyon nəfəri ötüb.
Natiq Səlim,
KONKRET.az