Türkiyə MN-dən Bakının qurtuluş günü ilə bağlı PAYLAŞIM – FOTObackend

Türkiyə MN-dən Bakının qurtuluş günü ilə bağlı PAYLAŞIM - FOTO

Türkiyənin Milli Müdafiə Nazirliyi Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü münasibətilə paylaşım edib.

KONKRET.az-ın xəbərinə görə, paylaşımda deyilir:

“Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu 103 il əvvəl Bakını işğaldan azad etdi və azərbaycanlı qardaşlarımızın qəlbində bir taxt qurdu. Bu xüsusi günü ürəkdən qeyd edir, şəhidlərimizin və qazilərimizin əziz xatirəsini hörmətlə yad edirik”, – paylaşımda bildirilib.

Qeyd edək ki, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının ildönümüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*